Topaz Premyer Liqasının 10-cu turunda "Neftçi" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.
Oyundan sonra PFL-iin prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Qrum rəsmisi ilk olaraq oyunla bağlı fikirlərini bölüşüb:
– Çox razı qaldım. Maraqlı oyun oldu. Mövsümün ən maraqlı görüşlərindən biri idi.
– "Neftçi" ardıcıl dördüncü qələbəsini qazandı. Sizin dövrünüzdəki "Neftçi"yə oxşayır?
– Təbrik edirəm. Hələ oxşarlıq yoxdur.
– Nə qədər vaxt lazımdır?
– 3 mövsümə Tərlan Əhmədov istədiklərini edə bilsə, alınacaq.
– "Neftçi" mövsümü neçənci pillədə tamamlaya bilər?
– Hər şey qışda ediləcək transferlərdən aslıdır. İndi bu haqda danışmaq tezdir.
– Bu turda kobud hakim səhvləri qeydə alındı…
– Oyun var ki, səhv də var da. Güclü komandalara qarşı qərəz olsa da, olar. Əsas odur ki, zəiflərə qarşı olmasın (gülür). O epziodlara baxmaq lazımdır. Fikirlər haçalanır. Oyunda hər şey baş verir.
– "Qarabağ"ın "Atletiko" oyunu haqda düşüncəniz necədir?
– Məncə, "Qarabağ" yaxşı oyunla azarkeşlərini sevindirəcək. Buna inanıram. Hər şey baş verə bilər.
futbol11.az
