Tərlan Əhmədov: “Hər mövqeyə iki oyunçu istəyirəm”
30.11.2019 , 20:36

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 13-cü turunda evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni şərh edib:
“Keçən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdu. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli “Keşlə” gördüm. Qələbə qələbədi. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki istədiyimi edə bilim”.
