Bu gün Azərbaycan çempionatında 2-ci turun oyunları çərçivəsində “Kəpəz” AZAL-ı qəbul edib.
Korner.az-ın məlumatına görə, 0:0 bitən matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları deyib:
“Açığı bu oyunun ağır keçəcəyini əvvəlcədən futbolçulara demişdim. Gəncə futbol şəhəridir. Burada böyük futbolçular yetişib. Azarkeşlərin də oyuna marağı var idi. Futbolçularıma təşəkkür edirəm. Üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. Keçən ilə nisbətən bu il AZAL daha güclüdür. İki hücumçu ilə oynasaq da, rəqibi üstünlük əldə etməsi bizi geri çəkilməyə məcbur etdi.
Oyunun gedişatında oyunçularımın hərəkətləri məni sevindirdi. Bu günəhval-ruhiyyəmiz daha yaxşı idi.
Haqqımız birinci dəfə deyildiki yeyilirdi. Hakim səhvi oldu. Bunu da normal qarşılayıram. Nazarıçılığım sadəcə mübarizə epizodlarında həddindən artıq çox fit çalırlar. Bu da tempi aşağı salır. Bizə maraqlıdır ki, bu gərgin mübarizə epizodlarını futbolçularım 10 dəqiqə saxlaya biləcəkmi. Tək etirazım bunadır.
Müdafiədə biraz problemlərimiz var. Komandanı daha komplektləşdirmək istəyirəm. Həm də çalışıram rəqabət yaransın. Xarici futbolçu gətirməkdə məqsədimiz rəqabət yaratmaqdır”. (idmanxeber.com)
