“Düşünürdüm ki, “Simurq”a məğlubiyyətdən sonra evdə “Qəbələ”ni məğlub edəcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmir. Rəqib isə yüksək səviyyədə çıxış etdi”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qəbələ”yə 0:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, rəqibi layiqli qələbə münasibəti ilə təbrik edib:
“Qəbələ” daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq”.
