Topaz Premyer Liqasının XVI turunda “Xəzər Lənkəran”ı qəbul edən AZAL 1-0 hesablı qələbə qazandı.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra fikirlərini bildirib:
“Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidirlər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində gedək”.
