“Mövsüm yeni başlayıb, hər bir qələbə bizi sevindirir. Komanda qələbə əzmini geri qaytarır. Çempionat 4 dövrəlidir, çatışmazlıqlarımız var”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov Platyenin də tezliklə adaptasiya olunacağını bildirib: “Əvəzetmələrimiz uğurlu oldu. İki mövsümdür ki, “Rəvan”la oyunlarda çətinlik çəkirik. Hələlik qolları Bahodır Nasimov vurur. Lakin Melvin Platyedən də yararlanacağıq. Cənubi amerikalı fubolçularla müqayisədə avropalılar bizim çempionata daha gec uyğunlaşır. Ümid edirəm ki, tezliklə gözlədiyimiz oyunu göstərəcək. Cavid İmamverdiyevi zədə üzündən itirmək istəməzdik. Karlos Kardosonu sınamaq üçün bu gün İqor Mitreskiyə istirahət verdik. Fikrimcə, ilk oyun üçün Kardoso yaxşı təsir bağışladı”.
