“Belə oyunlar hər zaman çempionata rəng qatır. İki lider komandanın qarşılaşmasıdır. Hətta mən bu oyunu çempionatın bəzəyi adlandırardım”.
Bu sözləri Korner.az-a açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Tərlan Əhmədov “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı deyib.
Əhmədov həmçinin qeyd edib ki: “Neftçi” keçən mövsüm ölkəmizi Avroliqada layiqincə təmsil edib. Bu il “Qarabağ” da həmin turnirdə gözəl oyunlar nümayiş etdirərək pley-of mərhələsinə qədər irəliləyib. Bu isə hər iki komandanın gücündən xəbər verir. Oyunun çətin keçəcəyini bilirk, “Neftçi” oyuna tam hazırdır. Kimin qalib gələcəyini əvvəlcədən demək çətindir. Komandaların şansları eynidir. İnşallah bu oyunda qalib gəlib həm 3 xal qazanmaq, həm də azarkeşlərimizi sevindirmək istəyirik”.