“Bu mövsüm heç nəyə iddia etmirik. Amma “Qarabağ”la oyunda qələbə qazanmaq istəyirik”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Komandanın başında keçirdiyi iki oyunda xala həsrət qalan Əhmədov rəqibi tərifləyib: “Qarabağ” çempionluğa yaxındı. Oyundan oyuna artırırlar. Bizi çətin oyun gözləyir. Qarşıdakı oyunlarda mümkün olduğu qədər çox xal toplamağa çalışacağıq. Bu matçlarda komandada kimin qalıb, kimin gedəcəyinə aydınlıq gələcək”.
