"Mübarizəli oyun olacağını demişdim".
Korner.az-ın məlumatına əsasən, bu sözləri "Neftçi" komandasının məşqçisi Tərlan Əhmədov bu gün Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Neftçi" oyununu şərh edərkən deyib.
"Mübarizəli oyun olacağını demişdim. Bu komandaların oyunu həmişə zövq oxşayıb. Bu gün hər iki komandanın qələbə şansı vardı, amma 1 xal da qənimətdi. Hərçənd, məncə, hər iki komanda 2 xal itirdi. Yığmanın toplanışları bütün komandaların işini axsadır. Tapşırıqları yerinə yetirdilər futbolçularım. Bircə qol çatışmırdı".