Tərlan Əhmədov: “Bu, işimizin başlanğıcıdır”
31.08.2019 , 22:12

Azərbaycan Premyer Liqasının III turunda “Qəbələ”yə 4:0 qalib gələn “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, baş məşqçi qələbəni şərh edib.
– Bura qələbə üçün gəlsək də, gözləmirdim ki, belə qalib gələcəyik. İlk 25 dəqiqədə komandam oyununu tapa bilmirdi. Bunun da səbəbi “Qəbələ” idi. Rəqib çalışırdı ardıcıl 2 məğlubiyyətdən sonra qalib gəlsin. Biz də çalışdıq ki, rəqibi qapımıza tərəf çəkib, boşluqlar tapaq. Futbolçuları məhsuldar qələbəyə görə təbrik edirəm. Bu, işimizin başlanğıcıdır. Eyforiyaya qapanmamalıyıq. Fasilədən səmərəli istifadə etməliyik. Cəzalımız da, zədəlilərimiz də var, onlar da bərpa olacaq.
