AZAL-ı tərk edəcək daha bir futbolçunun adı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Tərlan Əhmədov Ayltonun xidmətindən imtina etmək niyyətindədi. Baş məşqçi onun oyunundan narazı qalıb. Bu səbəbdən braziliyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti artırılmayacaq.
Qeyd edək ki, Aylton AZAL-a 2011/12 mövsümündə Macarıstanın “Ferençvaroş” klubundan transfer olunmuşdu. O, Premyer Liqada 52, Azərbaycan Kubokunda 2 oyun keçirib.
