Topaz Premyer Liqasının XXXIV turu “Xəzər Lənkəran” üçün uğurlu alınıb.
Korner.az-ın məlumatına görə, cənub təmsilçisi AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra bunları deyib:
“Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir. Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim. Bəzi səhvlər bağışlanmazdır. Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.
