Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” öz meydanında AZAL-ı məğlub edib (1:0).
Korner.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:
“Çalışırdıq ki, yaxşı oynayıb, xal qazanaq. Artıq çempionatın sonuna yaxınlaşırıq. Komanda istəkli idi. Bir səhv istər-istəməz məğlubiyyətə gətirib çıxarır. İkinci hissədə oyunun gedişatını dəyişməyə çalışdıq, amma alınmadı. Çempionatın sonuna yaxınlaşsaq da, çəkindiyimiz komanda yoxdur. Qapımızda gördüyümüz qol da qeyri-adi idi. Oyuna görə futbolçularıma hər-hansı irad bildirə bilmərəm. Komandama bugünkü oyununa görə təşəkkür edirəm. Qarışıdan “Qəbələ”ylə oyunumuz gəlir. O oyuna hazırlaşacağıq”. (sportal.az)
