Topaz Premyer Liqasının 5-ci turunda “Bakı” doğma meydanda “Neftçi” ilə qarşılaşdı. Rəqibini 3-0 hesabı ilə məğlub edən “Bakı” növbəti 3 xalı aktivinə yazdı.
Korner.az-ın məlumatına görə, oyundan sonar keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov belə məğlubiyyətlərin bəzən lazım olduğunu bildirib:
“Neftçi” klubunun məşqçisi: “Rəqib çox əzmkar və istəkli oynadı. Bunun nəticəsində də qələbə qazandı. Bəzən bu cür məğlubiyyətlər lazımdır”.
