"Çətin oyun olacağını bilirdik".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Topaz Premyer Liqasının turu çərçivəsində keçirilən "Neftçi"-"İnter" oyunundan sonra "Neftçi"nin məşqçisi Tərlan Əhmədov mətbuat konfransında deyib.
"15 gün ərzində 5 oyun keçirdik ve üzüağ çıxdıq. Baş hakimin qərarlarından narazı deyiləm, obyektiv idi. Bizim çempionluq yarışında əsas rəqibimiz "Qarabağ" olub və yenə də "Qarabağ"dı.
