“Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip matçlara komandanı kökləmək çox çətin olur. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Bakı”ya qalib gəldikləri matçdan (2:0) sonra deyib.
““Bakı” ilə oyunu unudub, “Neftçi” ilə kubokun cavab qarşılaşmasına hazırlaşmalıyıq” – deyə o qeyd edib.
T.Əhmədov futbolçusu Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldığı epizoda da münasibət bildirib:
“Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdur, futbolçunun günahı var”.
