“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının yarımfinalında “Monako”ya 2:1 hesabı ilə qalib gələrək finala çıxdıqları oyundan sonra fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hələ heç nə qazanmadıqlarını deyib:
“Oyunçularıma görə sevinirəm. Amma sabahdan etibarən yenidən hazırlaşmaq lazımdır. Çünki hələ heç nə qazanmamışıq. Tərifə ehtiyac yoxdur. Bu, mənim işimdir. Finalda qalib gəlməliyik. Ümid edirəm ki, bu il Çempionlar Liqasının qalibi olacağıq. Bunun üçün böyük şansımızın olduğunu düşünürəm”.
