Ölkə futbolu

Tərcüməçi Beyli tanımadığı üçün konfransdan çıxarıldı

15.11.2019 , 16:36

Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin Azərbaycan millisi ilə oyun öncəsi keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

Niderlandlı UEFA nümayəndəsi Mark Bos azərbaycanlı xanım tərcüməçini tədbirdən kənarlaşdırılıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

Xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub. Tərcüməçinin Uelsin ulduz futbolçusu Beyli tanımaması qonaq federasiya rəsmisini özündən çıxarıb.

Bundan sonra AFFA öz tərcüməçisini mətbuat konfransına göndərməli olub.

Son yazılar

Yuxarı