Formula1

“Tərəfkeşlik etməyən mütəxəssis olacam” – Rosberq

21.12.2017 , 08:50

Ötən il karyerasını başa vurduğunu açıqlayan Niko Rosberq "Mercedes" komandasının səfiri kimi çalışır. Bir sıra tədbirlərdə iştirak edən Rosberqin hazırki müqaviləsinin bitməsinə az vaxt qalıb.

Ancaq Niko bildirib ki, yeni müqavilə imzalansa belə o, yenə tərəfkeşlik etmədən RTL mütəxəssisi kimi yarışları şərh edəcək:

"Mercedes"lə olan müqavilə müddətim bu ilin sonunda yekunlaşır. Buna görə də, 2018-də tamamilə müstəqil olacam. Ancaq vəzifəmdə qalsam belə, bu açıq tənqidi fikirlər səsləndirməyimə və neytral qalmağıma mane olmayacaq"

Son yazılar

Yuxarı