Təpiyin cəzası: 4 oyun, 12 min avro
18.12.2019 , 19:26

Almaniyanın “Şalke” klubunun futbolçusu cəzalandırılıb.
Korner.az xəbər verir ki, Bundesliqanın 15-ci turunun “Ayntraxt”la matçında qırmızı vərəqə alan Aleksandr Nubel 4 oyunluq diskvalifikasiya olunub.
Buna səbəb, Nubelin Frankfurt təmsilçisi ilə görüşdə ayağıyla rəqibinin sinəsinə zərbə endirmişdi.
Qapıçı bundan əlavə 12 min avro da cərimə olunub.
