Qadın voleybolçular arasında İsveçrə kuboku başa çatıb.
Korner.az-ın məlumatına görə, həlledici matçda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero” “Dudingen” klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin komandasının asan qələbəsi ilə yekunlaşıb – 3:0.
