Voleybol

Təmsilçimiz italyan klubuna məğlub oldu

11.02.2015 , 17:42

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarını çərçivəsində növbəti görüşlər keçirilib.

Korner.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən Azərbaycanın yeganə təmsilçisi “Azəryol” İtaliya “Yamamay”ını qəbul edib. 1 illik fasilədən sonra qrup mərhələsini adlayan Aleksandr Çervyakovun yetirmələri müəyyən üstünlüyə malik olsalar da, sonluq onlar üçün uğurlu alınmayıb. Busto Arsizo təmsilçisi paytaxtımızdan qələbə ilə ayrılıb.

Çempionlar Liqası
11 fevral

I pley-off mərhələsi, ilk oyun

“Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) – 1:3 (24:26; 21:25; 25:19; 14:25)

Hakimlər: Pyotr Dudek (Polşa), Salvis Kurtiss (Latviya)
Bakı, Voleybol Mərkəzi

Son yazılar

Yuxarı