Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində keçirdiyi ilk oyunda Azərbaycan çempionu “Araz” qələbə qazanıb.
Korner.az-ın məlumatına görə, Hollandiyanın “Eyndhoven” komandası ilə qarşılaşan təmsilçimiz rəqibini 6:3 hesabı ilə məğlub edib.
“Eyndhoven”in qapısından topları Augusto, Edu, Rafael, Biro Jade, Vitali Borisov və Amadeu keçirib.
“Araz” bu gün Bakı vaxtı ilə saat 22:00-da, Portuqaliyanın Almada şəhərindəki “Complexo Municipal dos Desportos” İdman Kompleksində Macarıstanın “Qyor ETO” klubu ilə qarşılaşacaq.
