Futbol

Təmkin Xəlilzadə rəsmən “Qəbələ”də

30.12.2017 , 17:18

“Qəbələ” qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.

“Qırmızı-qaralar” “Zirə”dən Təmkin Xəlilzadəni transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Təmkin indiyədək “Qarabağ”, AZAL və “Zirə”nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki dəfə də qol ötürməsi edib.

O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.

Qeyd edək ki, “Qəbələ” Roman Hüseynov (“Kəpəz”ə icarəyə), Aqil Məmmədov (“Neftçi”), Ekiqo Ehiosun, və Tellur Mütəllimovla (“Zirə”) yolları ayırıb.

Son yazılar

Yuxarı