Təmkin Xəlilzadə “Qəbələ”dən ayrıldı
29.12.2018 , 12:08

Milli komandamızın üzvü Təmkin Xəlilzadə “Qəbələ”dən ayrılıb.
Bu barədə futbolçu “instagram” sosial şəbəkə hesabında məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi kluba və azarkeşlərə təşəkkür edib:
“Hər şey üçün təşəkkürlər, “Qəbələ”! Bir il ərzində özümü evimdəki kimi hiss etdirən komanda yoldaşlarıma, məşqçilərimə və azarkeşlərimə təşəkkür edirəm! Komandanın yolu uğurlu və açıq olsun!”
Qeyd dək ki, Təmkin bu ilin yanvarında “Zirə”dən “Qəbələ”yə keçmişdi.
