Təmkin Xəlilzadə: “55-ci dəqiqədən sonra meydanda rəqib görmədim”
19.08.2018 , 21:19

Bu gün Topaz Premyer Liqada ikinci tura yekun vurulacaq
Turun mərkəzi görüşü olan “Neftçi” – “Qəbələ” matçı ev sahibinin qələbəsi ilə başa çatdı (2-1). Oyundan sonra “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.
– Turun mərkəzi qarşılaşması olduğu üçün çətin olacağını bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq, həm də yaxşı başlamışdıq. Lakin səhvlərimiz ciddi olduğuna görə, məğlub olduq. Mən, 55-ci dəqiqədən sonra meydanda rəqib görmədim, sadəcə biz oynayırdıq. Nəzərə alaq ki, bəxt də öz sözünü deyir. Ümid edirəm ki, növbəti oyunlarda səhvlərimizi kompensasiya edəcəyik.
– Baqoli Daboya qarşı oynarkən nə hislər keçirdin?
– Dabo ötən mövsümün bombardiri olub. Bilirdik ki, onu keçmək asan olmayacaq. Rəqibik, öz yerində. Lakin, Dabo Azərbaycanın indiyə qədərki ən yaxşı legioneridir.
– Sanki müdafiədə aqressiv idi..
– Bizim heç bir komandaya qarşı ayrı seçkiliyimiz yoxdur. Bütün komandalara qarşı eyni şəkildə hazırlaşırıq.
– Cərimə zərbələri zamanı qapıya çox yaxınlaşmırdınız. Bu, məşqçinin tapşırığı idi, yoxsa özünüzün qərarı?
– Məşqçinin də tapşırıqları əsasdır. Lakin elə vəziyyət olur ki, qərarı biz veririk.
– “Neftçi”nin uzunboylu müdafiəçiləri də sizə mane olurdumu?
– Bizdə də uzunboylu futbolçular var. Biz indi səhvlərimiz barədə konkret söz deyə bilmərik. Hər kəs oyuna bir də baxacaq, səhvləri görəcək və o səhvi aradan qaldırmağa çalışacaq.
