Təmkin hakimi vurmaq istədi
19.10.2019 , 21:51

Azərbaycan Premyer Liqasının VIII turunun “Keşlə” – “Sabah” matçından sonra qalmaqal yaşanıb.
Korner.az xəbər verir ki, oyun bitən kimi Təmkin Xəlilzadə oyunun baş hakimi Kamal Umudlunun üzərinə hücum çəkib. Futbolçu hakimi vurmaq istəsə də, komanda yoldaşları və polislər buna imkan verməyib.
Hakimlər briqadası polislərin nəzarəti altında paltardəyişmə otağına yollanıb.
