ABŞ-ın Tələbə İdman Assosiyasiyası bayrağı altında keçirilən basketbol oyununda xoşagəlməz hal yaşanıb. Cənubi Karolina Universitetinin tələbəsi Tay Solomon matç zamanı huşunu itirib.
Gənc oyunçunun matç zamanı ürəyinin dayandığı aşkar olunub. Həkim heyəti dərhal kömək üçün basketbolçunun yanına qaçıblar. Həkimlərin vaxtında müdaxiləsi sayəsində basketbolçu gözlərini açıb.
Tay Solomon xəstəxanaya aparılıb və matç 40 dəqiqə sonra davam edib.
