ABŞ-ın NCAA liqasında “Florida Qators”, mövsümün ilk oyununda “Uilliyam”ı 69-45 məğlubiyyətə uğradıb.
Korner.az-ın məlumatına görə, oyunda bütün diqqətlər bir qolu olmayan Zax Hodskinsə yönəlmişdi.
Anadangəlmə bir qolu qısa olan Hodsikins oyunda cəmi 2 dəqiqə iştirak edib. Karyerasının ilk xalını qazana bilməməsinə baxmayaraq basketbolçu xəyallarının gerçəkləşdiyini qeyd edib.
