"Mənimlə Fransanın "Ayaçço", "Mans" və "Chateauroux" klubları yaxından maraqlanırdı. Lakin "İnter"in təklifi mənə daha maraqlı gəldi". Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun yeni transferi Brüs Abdulaye Fransa mətbuatına açıqlamasında deyib.
Konqo əsilli futbolçu "İnter"i seçməsinin səbəbini açıqlayıb:
"Bu komandanın Avropa Liqasında mübarizə aparması və təklifin maliyyə tərəfinin də məni qane etməsi səbəbindən məhz "İnter"i seçdim".
Qeyd edək ki, Fransanın "Mets" klubundan transfer olunan Abdulaye "İnter"də icarə əsasında çıxış edəcək. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.
