Təcrübəli qolkiper “Mançester Yunayted”ə keçmək istəyir
19.06.2025 , 23:27

“Mançester Yunayted” “Aston Villa”nın qapıçısı Emiliano Martinezi heyətinə cəlb etmək istəyir.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qolkiper “qırmızı şeytanlar”a keçmək istədiyini artıq klub rəhbərliyinə deyib.
“Aston Villa” da argentinalı oyunçunun istəyinə müsbət cavab verərək onun transferi üçün qatşı tərəfdən 40 milyon avro tələb edib.
Hazırkı bazar dəyəri 20 milyon avro olaraq göstərilən Martinezin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
