Almaniya Bundesliqasında mübarizə aparan “Şalke”nin futbolçusu Huntelaar mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az-ın məlumatına görə, bu haqda klub rəsmi məlumat yayıb.
2010-cu ildən bəri çıxış edən oyunçunun mövsümün axırında klubla olan müqaviləsi bitir.
Hücumçu “Şalke” forması ilə 172 oyuna 82 qol vuru. Huntelaar həftə sonu “Hambur”la matçda sonuncu dəfə azarkeşlərin önünüdə oynayacaq.
