Rusiyanın “Kuban” klubunun futbolçusu İqor Lolo “Qəbələ”nin təklifini rədd edib.
Korner.az-ın məlumatına görə, bu mövsüm uğursuzluğa düçar olaraq növbəti mövsüm üçün daha iddialı komanda yaratrmağa çalışan əyalət təmsilçisinin müdafiəçiyə rəsmi müraciətinə “yox” cavabı verilib. Təcrübəli müdafiəçi “Qəbələ”nin bu təklifini qəbul etməyib.