big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Təcavüz, oğurluq, narkotika… – Cinayətkar futbolçular

19.09.2017 , 09:29

Dünya futbolunda karyerası elə də uğurlu olmayan və digər yollarla pul qazanmaq istəyən futbolçuların az olmadığı kimi, həddindən artıq gəliri olan və avtomobilini sərxoş halda idarə edən, yetkinlik yaşına çatmayan qızlara təcavüz edən oyunçuların da sayı az deyil. Yuxarıda sadalanan hadisələr futbolçular arasında ən çox törədilən cinayət hadisələridi. Son zamanlar Azərbaycan futbolu gündəmində də cinayət törədən futbolçuların sayı artıb. Araz Abdullayevin sərxoş halda avtomobil idarə etməsi, Cavid Hüseynovun jurnalistin ölümündə mübahisəli iştirakı və "Sumqayıt"ın futbolçusu Nicat Muxtarovun AFFA-nın təyin etdiyi 3200 manat məbləğli cəzanı ödəmək üçün kabel oğurlaması hadisəsini misal çəkə bilərik. Dünya futbolunda da belə hadisələr az deyil. 

1. Nenad Saviç (İsveçrə)

nenad_0.jpg

Serbiya əsilli isveçrəli futbolçu gənc yaşlarında böyük potensiala malik idi. Aşağı yaş qrupları üzrə ölkəsinin milli komandasında, "Bazel" və "Krashopper" kimi klublarda oynamış futbolçunun gəliri o qədər də çox deyildi. Buna görə də o, daha çox pul qazanmaq üçün Kipr və İsrail çempionatlarına üz tutub. Bununla da kifayətlənməyən oyunçunun gözü doymayıb. Nenad Saviç narkotik alışı və satışı ilə məşğul olub. Öz doğma ölkəsində 1.2 kiloqram kokain mübadiləsi aparan oyunçunun bu işi yalnız iki il sonra açılıb.

2. Breno Borhes (Braziliya)

breno_573_0.jpg

"San-Paulo" futbol məktəbinin yetirməsi Breno doğma klubunda 2007-ci iləd debüt edib və elə həmin il ölkə çempionluğunu qazanıb. Futbolçu öz karyerasının pilləkənlərini inamla atımlayırdı. Həmin ilin sonunda Breno "Bavariya" komandasına transfer olundu və 2008-ci ildə Braziliya millisinin heyətində Pekin Olimpiadasının bürünc medalına yiyələndi. Lakin futbolçunun Almaniya karyerası elə də uğurlu alınmadı. Adaptasiya prosesinin gec başa çatması, "Nürnberq"ə icarə və məşqlərə vaxtında gəlməmək onun həbsxana həyatına apardı.

2011-ci il 21 sentyabr tarixində evində tək və sərxoş olan oyunçu yaşadığı mənzili yandırıb. 2012-ci ildə məhkəmə qarşısına çıxan oyunçu 3 illik həbs cəzası alıb.

3. Çed Evnas (Uels)

chad_evans_0.jpg

Uels yığmasının sabiq futbolçusu karyerasına 2007-ci ildə "Mançester Siti" komandasında başlayıb. Premyer Liqa oyunlarında şans qazana bilməyən oyunçu Çempionşipə yollanıb. "Şeffild Yunayted" komandasında çıxış edən Evans vurduğu 28 qolla komandasının ən məhsuldar oyunçusu idi. 

2012-ci ildə 23 yaşını qeyd edən futbolçu 5 illik həbs məhkumluğuna məruz qalıb. Səbəb isə təcavüz olub. Məhkəmədə cinsi əlaqənin hər iki tərəfin razılığı ilə olması təsdiqini tapmayıb.

4. Fayez Xamis (BƏƏ)images_3_0.jpg

Öz ölkəsində karyerası boyu yalnız "Şarca"nın uğurları üçün çalışan Fayezin milli komanda karyerası da uğurlu olmayıb. Müdafiəçi BƏƏ millisindı cəmi 10 oyuna çıxıb.

2008-ci ildə futbolçu qardaşı Mussa və komanda yoldaşı Məhəmməd Nahiblə birlikdə dayanacada qətl hadisəsi törədiblər. Onlar həlak olana bir neçə bıçaq zərbəsi endiriblər.

 

Son yazılar

To Top