İran çempionatında 27-ci turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin “Traktor Sazi” klubu bu tur səfərdə “Paykan”la qarşılaşıb.
Oyun təbrizlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Traktor Sazi” 53 xalla liderdir. İkinci pillədə qərarıaşan “Naft Tahran”ın 51 xalı var.
