Təbriz klubu səfərdə məğlub oldu
02.02.2020 , 12:29

İran çempionatında 18-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” səfərdə “Şəhr Xodru” ilə qarşılaşıb.
Təbriz klubu bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3.
“Traktor” hazırda 33 xalla 3-cü, “Maşinsazi” isə 23 xalla 9-cudu.
