Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.
Cənubi Azərbaycanı təmsil edən “Göstəriş” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Paykan”la qarşılaşıb və böyük hesabla məğlub olub – 0:3.
Təbrizin daha məşhur “Traktorsazi” komandası isə bu gün səfərdə “Pars Janubi” ilə qarşılaşacaq.
“Göstəriş” hazırda 30 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 28 xalla 10-cu pillədə qərarlaşıb.
