İran çempionatında 29-cu turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin “Traktor Sazi” klubu bu tur səfərdə “İstiqlal”la qarşılaşıb.
Matç Təbriz klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə xalını 57-ə yüksəldən “Traktor Sazi” sona bir tur qalmış liderliyini qoruyub.
