Futbol

Təbriz klubları heç-heçəyə razılaşdı

08.02.2020 , 17:59

İran çempionatında 19-cu turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Traktorçular” səfərdə “Qohar”la qarşılaşıb və heç-heçəyə razılaşıb.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə doğma meydanda “Paykan”la üz-üzə gəlib. Bu oyun da heç-heçə başa çatıb – 2:2.

“Traktor” hazırda 33 xalla 3-cü, “Maşinsazi” isə 24 xalla 9-cu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı