U-17 milli komandamızın baş məşqçisi Təbriz Həsənov Belarusla oyundan sonra fikirlərini bölüşüb: “Qarşılaşmanın heç-heçə başa çatmasına baxmayaraq, üstün tərəf biz idik. Qələbə qazana bilərdik. Bununla belə, finala yüksəlmək üçün bizə heç-heçə də kifayət edirdi. Havanın yağmurlu olması çox güc sərf etməyimizə səbəb oldu. Final oyununda qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, milli komandaməz bu gün 16:00-da finalda Litva komandası ilə qarşılaşacaq.
