“Səbail”in stadionunun ot örtüyü dəyişdirilir
02.02.2022 , 14:57
“ASCO Arena”nın ot örtüyü gələn mövsümədək dəyişdiriləcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.
O, bildirib ki, “Səbail” başqa stadion tapa bilsə, işlər sürətləndiriləcək. Bu halda da gələn mövsümədək “ASCO Arena” hazır olacaq.