“Səbail” Emili də göndərdi – Rəsmi
13.06.2023 , 12:58
“Səbail” qapıçısı Emil Balayev ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Klub Emilə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.