“Səbail” Aftandil Hacıyevlə bağlı qərarını verdi
17.07.2020 , 16:24
“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, 39 yaşlı mütəxəssisin yeni sözləşməsi 2020/2021 mövsümünün sonuna kimi nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, A.Hacıyev 2018-ci ildən paytaxt təmsilçisini çalışdırır. Komanda onun rəhbərliyi ilə 2018/2019 mövsümündə Premyer Liqada 3-cü yeri tutaraq Avroliqaya vəsiqə qazanıb.