Topaz Premyer Liqasının 32-ci turunda Qəbələyə səfər edən “Simurq” yerli komanda ilə oyunda 1:0 hesabıyla məğlub olub.
Korner.az “Qəbələ”nin baş məşqçisi Yuri Syominin oyun haqda fikirlərini sizə təqdim edir:
“Bizim üçün çox çətin oyun idi. Çünki, iki gün öncə kubokun yarımfinalında ağır oyun oynadıq. Əsas heyətdə 4 yeni oyunçuya şans verdik, onlar da kifayət qədər yaxşı oynadı. Lakin oyunun sonlarına yaxın gücümüz çatmadı. Nəticədən və futbolçularımın meydanda gördüyü işdən razıyam. Subotiçi sarı vərəqə almaması üçün ikinci hissədə meydana buraxdım. Cərimə zərbəsi vurularkən Ebesilio ilə ikisi topun yanında dayansa da, vaxtı uzatdığına görə sarı vərəqə məhz Subotiçə göstərilir. O, növbəti oyunu buraxacaq. Vərəqənin niyə məhz ona göstərildiyini başa düşmürəm”.
