“Komandamız gəncdir və hücum etməyi çox sevirik. Rusiya millisində olduğu kimi, bizim də müdafiə ilə bağlı bəzi problemlərimiz var. Ancaq inanıram ki, bu problem həll olunacaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis əsas hədəflərin Avropa Liqasına vəsiqə qazanmaq olduğunu bildirib: “Hazırda turnir cədvəlinin üçüncü pilləsində yer alırıq, amma hədəfimiz liderlikdi. Ümid edirəm ki, Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələcəyik. Bu ən birinci hədəfimizdi”.
fanat.az
