“Qəbələ” “Qarabağ”la matçın hazırlıqlarına başlayıb.
Korner.az-ın məlumatına görə, qarşılaşmadan öncə Yuri Syomin şad xəbər alıb.
Belə ki, “İnter”lə qarşılaşmanı zədə səbəbindən buraxan Kamran Ağayev, Nikola Valentiç və İbrahim Niasse sağalıb. Onlar “Qarabağ” matçında meydana çıxa bilər. “Bakı” ilə matçda zədələnən Rafael Santosun da sağaldığı bildirilir. Lakin onun ağdamlılara qarşı oynayıb-oynamayacağı bilinmir.
