Azərbaycanın ilk
peşəkar velosiped komandası “Synergy Baku” iyunun 19-22-də “Tour of Slovenia”
yürüşündə mübarizə aparacaq.
Korner.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər
İttifaqının 2.1 kateqoriyalı yarışında 8 velosipedçimiz çıxış edəcək.
Sloveniya turunda məşqçilər Azərbaycanın U-23
milli komandasının üzvləri Tural İsgəndərov və Samir Cəbrayılova, həmçinin
Maksim Averin, Metyu Bremmier, Markus Eybeger, Konnor McConvey, Yan Sokol və
Aleksandr Surutkoviçə iştirak imkanı yaradıblar.Yarışda iştirakçıların
ümumilikdə 514 km məsafə qət etmələri planlaşdırılır.
