Avropa ölkələrinin daxili çempionatlarının ən məhsuldar klublarının siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, İspaniya çempionatının ilk 7 oyununda 25 qol vuran “Real” qitənin ən yaxşısıdır.
“Kral klubu”nun məhsuldarlığı 3,57-yə bərabərdir. Azərbaycan təmsilçilərinin avrokuboklardakı qənimləri Avstriya “Zalsburq”u və Serbiya “Partizan”ı da ilk üçlük”də yer alıb – 3,55 və 3,29.
Topaz Premyer Liqasının lideri “İnter” də siyahıda yer alıb. 7 qarşılaşmada 20 qol vuran bakılılar Avropada 19-cudu. Təmsilçimizin orta məhsuldarlığı 2,86-ya bərabərdir.
