big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Sxadadzenin etirafı, Qurbanovun “Qvardiola söhbəti”nə cavabı: QALMAQALLI açıqlamalarla bol mətbuat konfransından GENİŞ REPORTAJ

09.05.2013 , 18:36

 

Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş "İnter" – "Qarabağ" oyunundan sonra keçirilmiş mətbuat konfransı

Qurban Qurbanov: "İki fərqli hissə izlədik. Düzü, Sxadadzenin indiyədək seçdiyi bütün taktiki düzülüşləri analiz etmişdik. Ancaq bugünkü taktiki düzülüş bizimçün sürpriz oldu. "İnter" ilk dəfə idi ki, bu taktikanı seçmişdi. Buna görə də ilk hissədən sonra Torresi əvəzləməli oldum. "Neftçi"yə məğlubiyyətdən sonra uşaqları toparlamaq çətin oldu. Üstəlik, bu gün Azərbaycanın ən az top buraxan komandalarından birinə qarşı oynayırdıq. Məncə, heç-heçə ədalətli nəticədi".

Kaxaber Sxadadze: "Mənə elə gəlir ki, artıq etiraf etməyin vaxtıdı: biz ilk "altılıq"da keçirdiyimiz 8 oyunun heç birində çempionluq yolundakı əsas rəqiblərimizin heç birindən yaxşı oynamadıq və buna görə də onlar bizi üstələdilər. Mənim bugünkü komandam çempionluğa layiq deyil. Avroliqada nəticə qazanmaq istəyiriksə, heyətdə dəyişikliklər olmalıdı. Daha keyfiyyətli oyunçular almalıyıq. Meydanda qaçmaqla iş bitmir. Yaradıcılığımız yoxdu. Ümumi statistik rəqəmlərə görə, Premyer Liqada ən çox qaçan komanda "İnter"di. Amma nə olsun. Açığı, özüm də bilmirəm ki, komandamın problemi nədir, futbolçularımın niyə belə çıxış etdiklərini anlamıram. Birinci hissədə iki qol epizodumuz oldu, ancaq yararlana bilmədik".

Daha sonra baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar.

– Cənab Sxadadze, komandanızda yaradıcılığın olmamasından şikayət edirsiniz, ancaq qeyd etdiyiniz ilk hissədəki iki qol epizodunda ötürməni edən Roşanı fasilədə əvəzlədiz. İkinci hissədə isə komandanızın yarımmüdafiəsində yaradıcılıq sıfır səviyyəsinə düşmüşdü. Etiraf etdiz ki, komandanız çempionluğa layiq deyil. Bəlkə onu da etiraf edəsiz ki, narazı qaldığınız ikinci hissədəki oyununuzun o hala düşməsinin səbəbi elə Roşanı əvəzləməyinizdi?
– Həmkarım da qeyd etdi ki, bu gün tamam fərqli taktiki sistemlə oynayırdıq. Roşa isə o sistemdə 45 dəqiqə oynaya biləcək gücdədi. Digər tərəfdən, Roşa fərdi oyuna üstünlük verən futbolçudu. Futbol isə kollektiv oyundu.

– Qurban müəllim, oyun ərzindəki əvəzetmələrlə, davranışlarınızla özünüzü Qvardiolaya bənzətmək istədiyiniz iddia olundu bugünlərdə. Doğrudanmı, Qurban Qurbanov özünü Qvardiolaya oxşatmaq istəyir, yaxud Qurban Qurbanovun oxşamaq istədiyi kimsə varmı?
– Yəqin ki, telekanaldakı verilişdə Erkinin söylədiyi sözlərə eyham vurursuz. (gülür) Mən Erkini illərdi tanıyıram. Futbolçu olduğum dövrdə millidə tərcüməçi idi. Sonra “İnter”ə keçdi və orda işlədiyi dövrdə bəlkə də Kaxadan daha çox açıqlama verirdi mətbuata. Hər açıqlamasında da Kaxanın işini bəyənmədiyini deyirdi. Halbuki mənim də, bilirəm ki, mətbuatın da Kaxanın peşəkarlığına iradı yoxdu. Bir neçə müddət “Kaxa-Kaxa” deyirdi, indi də “Qurban-Qurban” deyir. Açığı, mən bilmirəm ki, onu jurnalist Erkin adlandırım, yoxsa menecer Erkin. Görünür, ondan futbolçu almalıydım ki, o cür açıqlamalar verməsin. Mənim haqqımda danışa-danışa Azərbaycan dilində danışmağı da öyrənib (gülür) Əlbəttə, biz onun nə dediyini önəmsəmirik. “Erkindi də, qoy istədiyini desin” – deyib üstündən keçirik. Onun "Qarabağ"ın legionerlərindən narazı qalmasına əsas yoxdu. Legionerlərimiz kifayət qədər səviyyəli futbolçulardılar.

Qurban Qurbanov özünü heç kimə oxşatmayıb və bundan sonra da oxşatmayacaq. Özümüzü kiməsə oxşatsaq, onda gərək Qurban olmayaq, Sxadadze olmayaq.

– Cənab Sxadadze, “İnter”də 4 ildi çalışırsız. Bu müddətdə çempionluğa əsas iddialı rəqibləriniz daha çox artırıblar, yoxsa sizing komandanız zəifləyib? İkinci sual Asif Məmmədovla bağlıdı. Son 2-3 turda Asifdə eniş hiss olunur. Bununla bağlı özüylə söhbət etmisizmi?
– Təəssüf hissiylə deyirəm: rəqimlərimiz bizi qat-qat üstələyirlər. Asifə gəlincə, onunla danışmışam. Futbolçunun stabil oynaması üçün vacib şərt daim “təravətli” qalmasıdı. Təəssüf ki, Asifdə bu “təravət” yoxdu. O, indi ideal formasının 70 faizi həcmində işləyə bilir.

– Qurban müəllim, Sxadadze komandasının Avroliqaya hazır olmadığını dedi. “Qarabağ” necə, hazırdı?
– Xeyr. Biz də hazır deyilik. Heyəti gücləndirmək lazımdı.

 

 

Son yazılar

To Top