Azərbaycan çempionatının 32-ci turunda “Simurq”la səfər oyununa çıxacaq “İnter” 4 futbolçusuzunun xidmətindən məhrum olub.
Korner.az-ın məlumatına görə, Bank klubunda zədəli olan Nildo Franka, Giorgi Lomaya və Asif Məmmədovdan sonra daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, ötən tur AZAL ilə matçda sarı vərəqə alan və bununla da 4 sarı vərəqə almaqla cəzalı duruma düşən Coşqun Diniyev də Zaqatalaya aparılmayacaq.
